Ermənistan İranla birgə hərbi təlimlərə başlayır

Ermənistan İranla birgə hərbi təlimlərə başlayır Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək.
GunAz.az xəbər verir ki, bu haqda Ermənistan MN məlumat yayıb.
Məlumata görə, tərəflərin xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə təlimlər keçirəcək.
Hər iki ölkənin bölmələri öz ərazisində təlimlər təşkil edəcək:
“Tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə birgə əməliyyatlar keçirəcəklər”.

скачать dle 12.1
Geri qayıt