İran edam sayına görə dünya lideridir

GunAz.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilib.
“İran hökuməti edam cəzasından etnik və dini azlıqlar və müxaliflərin susdurulması üçün vasitə kimi istifadə edir”, - bəyanatda bildirilib.
2024-cü ildə dünya üzrə ümumilikdə 1518 nəfər edam edilib və ən çox edam İran, İraq və Səudiyyə Ərəbistanında olub.
Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, ötən il İranda edam edilənlərin sayı 1050 nəfərdir.