Türkiyədəki boykot çağırışları və etirazlar nə ilə nəticələnəcək?

Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu açıqlamasında bildirib ki, dünyada hərbi qarşıdurmalar fonunda baş verən geosiyasi dəyişikliklər nəticəsində qlobal gücü olan dövlətlər kifayət qədər zəifləyib:
“Xüsusilə Rusiya və Birləşmiş Ştatları buna misal göstərə bilərik. Amma çox az sayda dövlətlər var ki, bu prosesləri öz lehinə çevirib. Onlardan biri də Türkiyədir. Türkiyə artıq qlobal güc olmaq yolunda böyük məsafə qət edib. Geosiyasi proseslərdə əsas söz sahiblərinədən birinə çevrilib. Son zamanlar Suriyada Türkiyənin güclənməsi bir sıra dövlətləri narahat edir. İsrail Türkiyənin Suriyadakı hərbi varlığını özünə təhdid kimi görür.“
Politoloq qeyd edir ki, daxildə baş verən proseslər Türkiyənin dövlət maraqlarına ciddi şəkildə zərbə vurur:
“Türkiyənin dərin strateji planları var. Bu strateji planları reallaşdırmadan beynəlxalq arenada uğur qazana bilməyəcək. Ona görə də, Türkiyə prosesləri idarə olunan səviyyədə saxlamağa və aksiyaları yatırmaqda qərarlı olmağa çalışacaq. Bundan sonrakı proseslər Türkiyə dövlətinin milli maraqlarına uyğun şəkildə həllini tapacaq. Sabitliyin tamamilə bərpa olunacağını söyləmək mümkündür.“