Rusların yeni hücum hazırlığı: 9 ay davam edəcək...

Bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib.
"Ruslar bunu gizlətməyib, hətta bu hücum əməliyyatının nə qədər hesablanmış olduğunu bildiriblər. Onun 6 aydan 9 aya qədər davam edəcəyini proqnozlaşdırıblar", - ekspert qeyd edib.
Rusların genişmiqyaslı hücum üçün resurslarının olub-olmaması barədə danışan Getman deyib:
"Üç istiqamət - Xarkov, Sum və Zaporojye vilayətləri. Nəzəri cəhətdən buna imkan vermək olar, amma praktikada - onların hansısa ciddi hücum hərəkətləri edə biləcəklərini gözləmək... cəhdlər olacaq, lakin onların qoşunlarının sayı artmayıb, onların nə ehtiyatı, nə də resursları var".