“Qəzzada 50 günlük atəşkəs müzakirə olunur” - KİV

GunAz.az xəbər verir ki, bu barədə “Asharq” telekanalı mənbələrə istinadən məlumat yayıb.
“Misir və Qətər nümayəndə heyətləri Ramazan bayramı öncəsi Qəzza zolağında müvəqqəti atəşkəsə nail olmaq üçün danışıqlar aparır”, - kanalın həmsöhbətləri bildirir.
Məlumata görə, “yeni təklif bir neçə fələstinli məhbusun əvəzində beş girovun azad edilməsini və 50 günlük atəşkəs rejimini nəzərdə tutur”.