Saakaşvilinin partiyasına qadağa qoyulacaq

Bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Artıq indiki mərhələdə aydın görünür ki, istintaq komissiyasının rəyi bu partiyaları konstitusiyaya zidd elan etmək üçün möhkəm hüquqi baza olacaq və mən əminəm ki, obyektiv qərar veriləcək. Partiyalar bu ölkədə nəinki yerli özünüidarə orqanlarına seçkilərdə, heç bir başqa seçkidə də iştirak edə bilməyəcək”, - deyə o, brifinqdə bildirib.