Qəzza yenə bombalandı, ölənlər var

Qəzza yenə bombalandı, ölənlər var İsrailin Qəzzanı bombalaması nəticəsində 11 nəfər həlak olub.
Bu barədə “AL Jazeera” telekanalı məlumat yayıb. Ölənlərdən 5-nin uşaq olduğu bildirilir.
İsrail Ordusu Cəbəliyyə, Beyt Lahiya, Xan Yunis, Rəfah şəhərlərinə və Əl-Bureyc qaçqın düşərgəsinə aviasiya, dron və artilleriyadan istifadə etməklə zərbələr endirib.
Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək kütləvi hücumlar həyata keçirib və bununla da bu ilin yanvarında əldə olunmuş atəşkəs rejimi pozulub.

скачать dle 12.1
Geri qayıt