Ər-Riyadda hansı məsələlər müzakirə edilir?

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müzakirələrin əsas mövzusu Qara dəniz təşəbbüsü və onunla bağlıdır:
"Bu, ABŞ Prezidenti Donald Trampın təklifidir və Rusiya Prezidenti Vladimir Putin də bu təklifi qəbul edib. Rusiya nümayəndə heyəti bu mandatla Ər-Riyada danışıqlara yola düşüb".
Peskov həmçinin qeyd edib ki, Moskva və Vaşinqton Ukraynada vəziyyətin nizamlanmasına dair ümumi istəyə malikdir, lakin tərəflər hələ çoxsaylı texniki məsələləri həll etməlidirlər. O bildirib ki, nizamlanma ilə bağlı bir çox məqamlar üzərində işləmək lazımdır.
Qeyd edək ki, martın 24-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar aparılır.