Yüzminlərlə azərbaycanlı ayağa qalxdı: Təbriz də başlasa…

Bu sözləri politoloq Elxan Şahinoğlu Urmiyada baş verən son genişmiqyaslı aksiya haqda qeyd edib.
O bildirib ki, İranı idarə edənlər Urmiyada baş verənlərə səssizdirlər, halbuki Güney Azərbaycanın bu şəhərində baş verənlərin Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var:
“Yəqin düşünürlər ki, Urmiya sakinləri bir neçə gün şüarlar səsləndirib evlərinə çəkiləcək və gündəlik sosial problemlərinin həlli ilə məşğul olacaqlar. Ancaq hesablarının yanlış çıxacağını ehtimal etmirlər. İndi 1979-cu il deyil ki, İrandakı xalqları hansısa ortaq düşmənə qarşı mobilizə etmək mümkün olsun. ABŞ və İsraillə artan gərginlik İraqla 8 illik müharibədən fərqlənəcək”.
Qeyd edək ki, kürdlərin torpaq iddialarına cavab olaraq Urmiyada yüzminlərlə azərbaycanlı irimiqyaslı aksiya keçirib.