Putin Ukrayna xalqından bunu istəyir - Pavel

Bu sözləri Çexiya prezidenti Petr Pavel deyib.
O, Ukraynada atəşkəsin tezliklə əldə olunmasının mümkünlüyünə skeptik yanaşdığını bildirib.
Eyni zamanda o qeyd edib ki, Rusiya kütləvi PUA hücumları ilə Ukrayna xalqının hökumətdən istənilən şəraitdə müharibəni dayandırmasını tələb etməsini təmin etməyə çalışır.
Bununla belə, Çexiya prezidenti Rusiyanın planının baş tutmayacağına inanır.