ABŞ-dakı Azadlıq Heykəli haqda MARAQLI FAKT

Avropa Parlamentinin fransalı üzvü Rafael Glucksmann Trampın siyasətinin Azadlıq Heykəlinin simvollaşdırdığı dəyərlərə zidd olduğunu bildirib və ABŞ-dan heykəli Fransaya geri göndərməsini tələb edib.
Fransız heykəltəraş Auguste Bartholdi tərəfindən dizayn edilmiş Azadlıq Heykəli 1886-cı ildə Amerika Müstəqillik Bəyannaməsinin 100-cü ildönümünü qeyd etmək üçün ABŞ-a hədiyyə edilib və o vaxtdan Nyu-Yorkda azadlıq simvolu kimi xarakterizə edilib.