Atəşkəslə bağlı danışıqlar Ər-Riyadda olacaq

Bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Rusiya liderinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovla telefon danışığından sonra bildirib.
“Rusiyalı həmkarım Uşakov və mən razılaşdıq ki, texniki qruplarımız yaxın günlərdə Ər-Riyadda görüşəcək, diqqəti Prezident Trampın Rusiyadan əldə etdiyi qismən atəşkəs rejiminin tətbiqi və genişləndirilməsinə yönəldəcək”, - Ağ Ev sözçüsü qeyd edib.