İstanbuldakı əməliyyatda 79 nəfər saxlanıldı

GunAz.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, İstanbul Cümhuriyyət Baş Prokurorluğunda terror və mütəşəkkil cinayətlərlə bağlı aparılan iki ayrı araşdırma çərçivəsində İmamoğlu ilə yanaşı 79 şübhəli saxlanılıb.
Onlar arasında Beylikdüzü bələdiyyə sədri Murat Çalık, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və müğənni Ercan Saatçi də var.
Həmçinin qeyd olunub ki, İmamoğlunun evində aparılan axtarış əməliyyatı başa çatıb.