Tehranda “Koka-kola” satışına qadağa qoyuldu

GunAz.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Şəhər Şurası həmin məhsulları “İsrail lisenziyası altında olan” şirkətlərin istehsal etdiyini iddia edib. Məhsulların satışına qadağaya nəzarət üçün komitə yaradılacaq.
“Daneşcu” xəbər agentliyi bu qərarın İsraili maliyyələşdirən məhsulların istehlakının qadağan edilməsi məqsədi ilə qəbul edildiyini bildirib.