Mirziyayev Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

GunAz.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Saziş çərçivəsində istehsal olunan "yaşıl enerji”nin Xəzər dənizi vasitəsilə ötürülməsi təşkil ediləcək, layihə isə Qara dənizi birləşdirən enerji kabeli ilə əlaqələndiriləcək. Energetika Nazirliyi beynəlxalq sazişin həyata keçirilməsinə görə məsul olan səlahiyyətli orqan təyin edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, saziş 2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanıb.