İran ABŞ-a nüvə proqramı ilə bağlı şərt qoydu
GunAz.az xəbər verir ki, bu barədə İranın BMT-dəki missiyası məlumat yayıb.
"Əgər danışıqların məqsədi İranın nüvə proqramının potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, o zaman bu kimi məsələlər müzakirə oluna bilər. Lakin əgər danışıqların məqsədi Obamanın əldə edə bilmədiyi şeyə indi nail olunduğunu söyləmək üçün İranın sülhməramlı nüvə proqramını aradan qaldırmaqdırsa, o zaman belə danışıqlar heç vaxt baş tutmayacaq", - deyə bildirilib.
