Rusiya Donetski vurdu: 11 ölü, 30 yaralı

GunAz.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hücumlar nəticəsində 8 beşmərtəbəli binaya, 1 inzibati binaya və 30 avtomobilə ziyan dəyib:
“Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib”.
Qeyd edək ki, bundan əvvəl vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin hadisələr zamanı 4 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat vermişdi.