“Bu mübahisə qəsdən edilmiş gərginlik idi”

GunAz.az AFP-yə istinadən xəbər verir ki, bunu Almaniyanın Xristian Demokratik İttifaq (XDİ) Partiyasının lideri Fridrix Merts bildirib.
“Fikrimcə, bu, Zelenskinin bəyanatlarına kortəbii reaksiya yox, açıq-aşkar düşünülmüş eskalasiya idi”, - o deyib.
Onun sözlərinə görə, o, dialoqun tonundan təəccüblənir və bu, işin xeyrinə kömək etmir.
Merts qeyd edib ki, Tramp və Zelenski arasında belə bir mübahisə Amerika hökumətinin hazırkı davranışına uyğun idi.