Türkiyənin PKK hədəfi ilə bağlı GİZLİ MƏQAMLAR

Əziz Əlibəyli
“Bundan sonra hakimiyyət ətrafında bir sıra əks-qüvvələrin birləşməsi prosesi başlayacaq. İkinci əsas məsələ bütövlükdə separatizmi birləşdirən qüvvələr arasında parçalanma yaratmaq idi. Buna da nail olundu. Üçüncüsü, PKK və YPG arasındakı fundamental fərq meydana çıxacaq. Daha sonra, onların da taleyinə aydınlıq gətirilməsi prinsipcə həyata keçirilən bir məsələ olacaq. Bu prosesin kökündə biz nəyi görürük? Türkiyənin hədəfi İraqın və Suriyanın şimalında yeni çaplı əməliyyatların keçirilməsinə yaşıl işıq yandırmaqdır. Və şübhə yoxdur ki, biz bu prosesdə həm də separatizmə dəstək olan qlobal oyunçulara qarşı bir demarş gördük. Kürd hərəkatını Rusiya, ABŞ, Fransa, Almaniya, Aİ ölkələri maliyyələşdirir. Hətta biz burada epizodik də olsa Çinin də rolunu görürük. Prosesdə İranın da rolu var. Bunu bir növ onlara qarşı da addım kimi də dəyərləndirmək olar”.