Dünyanın ən dəyərli pul vahidləri açıqlandı - SİYAHI

GunAz.az yenisabah.az-a istinadən xəbər verir ki, dünyanın ən güclü valyutaları açıqlanıb və siyahıda əsasən neftlə zəngin ölkələrin pulları üstünlük təşkil edir. Lakin bəzi gözlənilməz valyutalar da ilk onluğa daxil olub.
2025-ci ilin ən dəyərli 10 valyutası:
10. ABŞ Dolları (USD) – Beynəlxalq ticarətdə ən çox istifadə olunan pul vahidi olsa da, siyahının sonunda yer alıb.
9. Avro (EUR) – Avropa İttifaqının ortaq valyutası güclü iqtisadiyyata malik olsa da, gözləniləndən aşağı pillədədir.
8. İsveçrə Frankı (CHF) – Sabit iqtisadiyyat və aşağı inflyasiya dərəcəsi ilə investorların etibarlı seçimlərindən biri olub.
7. Kayman Adaları Dolları (KYD) – Dünyanın maliyyə mərkəzlərindən biri olan Kayman Adalarının valyutası siyahıda yer alıb.
6. Cəbəllütariq Funtu (GIP) – İngiltərə funtuna bağlı olan bu valyuta dəyərini qorumağa davam edir.
5. İngiltərə Funtu (GBP) – Brexit sonrası qeyri-sabitliyə baxmayaraq, dünyanın ən dəyərli beşinci valyutasıdır.
4. İordaniya Dinarı (JOD) – Sərt pul siyasəti və yüksək valyuta ehtiyatları sayəsində dəyərini qoruyub saxlayıb.
3. Oman Rialı (OMR) – Neft ixracına əsaslanan güclü iqtisadiyyatı ilə seçilir.
2. Bəhreyn Dinarı (BHD) – Həm neft gəlirləri, həm də ölkənin maliyyə mərkəzi olması ona yüksək dəyər qazandırıb.
1. Küveyt Dinarı (KWD) – Dünyanın ən dəyərli valyutası statusunu qoruyub saxlayır. Küveytin nəhəng neft ehtiyatları və güclü iqtisadiyyatı bu valyutanın yüksək dəyərini təmin edir.