Çin avtomobil satışında dünya lideri oldu

GunAz.az xəbər verir ki, yanvarda Çin 1,96 milyon nəqliyyat vasitəsi sataraq avtomobil satışında dünya lideri olub.
İkinci yerdə 1,1 milyon avtomobillə ABŞ qərarlaşıb.
Yanvarda Qərbi Avropanın avtomobil bazarları ümumilikdə 3,2% azalaraq 1 milyon ədədə düşüb.
Şərqi Avropada avtomobil satışı 288,5 min ədəd təşkil edib. Lakin Cənubi Amerikada dilerlər ayda 225,6 min avtomobil satıblar ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 22,3% çoxdur.