Dünyanın super-milyarderləri açıqlandı

GunAz.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” “Altrata” analitik şirkətinə istinadən məlumat yayıb.
“Onlardan hər birinin sərvəti ən azı 50 milyard dollar qiymətləndirilir. Artıq ultra-zəngin insanların yeni kateqoriyası – super-milyarderlərin meydana çıxmasından danışmaq olar. Bu siyahı üçün dünyanın hər yerindən 24 nəfər müəyyənləşdirilib. “SpeysX”, “Tesla” və X şirkətlərinin rəhbəri İlon Mask 419,4 milyard dollar sərvəti ilə reytinqdə birinci yeri tutub. Onun ardınca “Amazon” onlayn pərakəndə satış şirkətinin qurucusu Ceff Bezos (263,8 milyard dollar), LVMH-nin sahibi Bernar Arno (238,9 milyard dollar), “Oracle” texnoloji şirkətinin rəhbəri Larri Ellison (237 milyard dollar) və “Meta” korporasiyasının baş direktoru Mark Zukerberq (220,8 milyard dollar) gəlir”, - qeyd olunur.
Ümumilikdə dünyanın 24 ən varlı adamının payı 3,3 trilyon dollar təşkil edir ki, bu da Fransanın nominal ÜDM-i ilə müqayisə oluna bilər.