Naməlum qızdırma yayılır: artıq 52 adam ölüb
Konqo Demokratik Respublikasının şimal-qərbində 50-dən çox insan naməlum xəstəlikdən ölüb.GunAz.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Basankusu şəhərində mənşəyi məlum olmayan qızdırma yayılır. Artıq 943 nəfər bu xəstəliyə yoluxub. Onlardan 52-si dünyasını dəyişib”, - məlumatda bildirilir.
Naməlum xəstəliyin ilk halları fevralın 9-da qeydə alınıb. İnfeksiyaya yoluxmuş şəxslər qızdırma, titrəmə, baş ağrısı, oynaq ağrıları və digər simptomlar yaşayırlar.
Ebola qızdırmasının mümkün yayılma ehtimalı istisna edilib.
