Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır

ABŞ digər beynəlxalq müqavilələrdə olduğu kimi, BMT ilə əlaqələrini də denonsasiya – “müqavilənin ləğv edilməsi” ilə dayandıra bilər. Lakin Tramp administrasiyasının həqiqətən BMT-dən çıxmaq istədiyi sual altındadır.
Vaşinqtonun BMT-yə qarşı bu addımına mövcud şərtlər çərçivəsindən baxdıqda üç perspektivə hesablanmış kimi görünür:
1. ABŞ-ın təşkilata ayırdığı maliyyəni azaltmaq (2022-ci ildə 18 milyard dollar ianə verib), bu yükü digər ölkələrin üzərinə qoymaq: bu, biznesmen Trampa məxsus yanaşmadır;
2. ABŞ BMT-yə təzyiq etməklə gələcəkdə beynəlxalq hüquqa zidd ola biləcək addımlarını – misal üçün, Qrenlandiyaya, Panama körfəzinə nəzarətdə - qəbul etdirməyə hesablanmış ola bilər;
3. “Tiranların platforması” adlandırdıqları BMT-də nəzarəti “qlobalistlərin” əlindən almaq.
ABŞ BMT-dəki fəaliyyətini tamamilə dondurarsa, bu, II Dünya müharibəsindən sonra yaranmış beynəlxalq sistemin dağılmasını sürətləndirəcək.
Əslində XXI əsrin yeni beynəlxalq münasibətlər sisteminin qurulması yolunda BMT-nin perspektivi kifayət qədər zəifləyib.