Tehran xəbərdarlıq etdi: Bu iki şəhəri vuracaq!

GunAz.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat verib.
Məlumata görə, Tehran bildirib ki, Bağdad və Ərbil iki ölkə arasında təhlükəsizlik razılaşmasının şərtlərinə əməl etməsə, zərbələr olacaq.
Təhlükəyə İran müxalifətinin İraq Kürdüstanının şəhərlərinin birində keçirdiyi hərbi parad səbəb olub.
İraq hökuməti Tehranı planlaşdırılan zərbəni ləğv etməyə və ya təxirə salmağa inandırmağa çalışır.