İstanbulda fırtına xəbərdarlığı: yüzlərlə reys ləğv edildi

İstanbulda fırtına xəbərdarlığı: yüzlərlə reys ləğv edildi İstanbulun Sabiha Gökçən hava limanından cümə axşamı və cümə günləri planlaşdırılan daxili və beynəlxalq uçuşların 15%-ə qədəri güclü çovğundan dolayı ləğv ediləcək.
GunAz.az xəbər verir ki, bu barədə hava limanının əməliyyat şirkəti HEAŞ-ın açıqlamasında deyilir.
“Gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 20-də uçuşların 10%-i, fevralın 21-də isə 15%-i ləğv ediləcək”, - deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl türkiyəli sinoptiklər siklonun təsiri ilə İstanbulda dörd gün qar yağacağını və temperaturun kəskin şəkildə aşağı düşəcəyini bildirmişdilər.

скачать dle 12.1
Geri qayıt