Ölkəmiz "Avroviziya"da neçənci olacaq?

Ölkəmiz "Avroviziya"da neçənci olacaq? "Avroviziya 2025"ə qatılacaq yarışmacılarla bağlı bukmekerlər ilkin təxminlərini açıqlayıblar.
GunAz.az xəbər verir ki, eurovisionworld.com saytında dərc edilmiş ilk proqnozlar belədir.
İlk sırada 14% səslə İsveç qərarlaşıb. İkinci yerdə Finlandiya (9%) və üçüncü sırada isə Fransadır (8%).
Bukmeker kontorlarının proqnozlarına görə, Azərbaycanın hazırda qalib olmaq şansı 2 faizdir. Təxminlərə görə, iştirakçılar müsabiqənin qalibləri siyahısında 21-ci yeri tuta bilər.
Qeyd edək ki, "Avroviziya 2025" yarışmasında ölkəmizi "Mamagama" qrupu təmsil edəcək. Ölkəmizin müsabiqə mahnısı mahnı ilə təmsil olunacağı hələlik bəlli deyil. Klip 20-25 fevral tarixləri arasında təqdim ediləcək.

скачать dle 12.1
Geri qayıt