G7 ölkələri İranın bu hərəkətini pislədi

GunAz.az xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin Münhendə keçirilən qeyri-rəsmi görüşünün yekunları üzrə dərc edilmiş bəyanatda bildirilib.
“Böyük yeddilik üzvləri İranın sabitliyi pozan hərəkətlərini, o cümlədən mülki məqsədlər üçün istifadəsinə dair inandırıcı sübutlar olmadan uranın zənginləşdirilməsində sürətlə irəliləyişini, Yaxın Şərq və Qırmızı dənizdəki terror təşkilatlarına və silahlı qruplara dəstəyini birmənalı şəkildə pisləyiblər”, - bəyanatda qeyd edilib.