Suriyanın tələbi: “Əsədi bizə verin”

GunAz.az xəbər verir ki, bu barədə Reuters yazıb.
Agentliyin mənbələrinin məlumatına görə, bu tələbi Suriyanın faktiki lideri Əhməd əl-Şaraa Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini Mixail Boqdanovla söhbətində irəli sürüb.
Rusiya nümayəndə heyəti Əsəd hökumətinin devrilməsindən sonra ilk dəfə yanvarın 28-də Dəməşqə gəlib. Danışıqlarda Lavrovun müavini ilə yanaşı, Kremlin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev də iştirak edib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Dəməşqin üsyançıların əlinə keçməsindən sonra Bəşər Əsəd Moskvaya qaçıb.