Rusiya ən çox əti bu ölkələrə satdı

GunAz.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Satışların müxtəlif seqmentlərdə kifayət qədər bərabər artdığı qeyd edilir. Beləliklə, donuz məhsullarının xaricə tədarükü üçdə bir, quşçuluq məhsulları dörddə bir, mal-qara isə 22 faiz artıb.
Ət ixracından əldə edilən məbləğ də tarixin ən yüksək göstəricisi olub - 1,7 milyard dollar. Bu məbləğin təxminən üçdə biri Rusiyada ət alışında lider olan Çindən gəlib. Həmçinin ilk üçlükdə Səudiyyə Ərəbistanı (230 milyon dollar) və Belarus (226 milyon dollar) yer alıb.
Bildirilir ki, 2014-cü ildən bəri Rusiya ətinin xaricə tədarükü 10 dəfə artıb.