Qazaxıstan təyyarəsi quş sürüsü ilə toqquşdu

Qazaxıstan təyyarəsi quş sürüsü ilə toqquşdu "FlyArystan" aviaşirkətinə məxsus təyyarə quş sürüsü ilə toqquşub.
GunAz.az xəbər verir ki, bu barədə “Air Astana” məlumat yayıb.
“FlyArystan" aviaşirkətinə məxsus təyyarə Ural-Astana marşrutu üzrə uçarkən Ural hava limanında quş sürüsü ilə toqquşub. Təyyarənin işində problem olmadığına görə ekipaj uçuşu davam etdirib və adi qaydada Astana hava limanına enib”, - aviaşirkətin mətbuat xidmətindən bildirilib.
Hava limanının mütəxəssisləri bildiriblər ki, təyyarəyə baxış zamanı mühərrikin daxilində çoxlu zədələr aşkar edilib.
скачать dle 12.1
Geri qayıt