Ötən il azərbaycanlılar Türkiyədə nə qədər ev alışı ediblər?

Bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Məlumata görə, 2024-cü ildə Türkiyədə ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb.
Ruslar təkcə ötən ilin dekabrında Türkiyədən 2166 daşınmaz əmlak alıblar. İllik isə bu rəqəm 4867 əmlaka çatıb.
Türkiyədə daha çox mənzil alan xaricilərin siyahısında rusları İran və Ukrayna vətəndaşları izləyib.