“TikTok” ABŞ-dakı fəaliyyətini bərpa edəcək

GunAz.az xəbər verir ki, bu barədə platformanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
“TikTok” provayderlər ilə razılaşmaya əsasən xidmətin bərpası ilə məşğuldur. Biz prezident Trampa 170 milyondan çox amerikalının “TikTok”a çıxışını təmin edən və 7 milyondan çox kiçik müəssisənin inkişafına imkan verən provayderlərimiz üçün lazımi aydınlıq və zəmanətlər verdiyinə görə təşəkkür edirik”, – bəyanatda deyilib.
Xidmət nümayəndələri əlavə ediblər ki, “TikTok”u ABŞ-da saxlayacaq uzunmüddətli həll yolu üçün prezident Trampla işləyəcəklər”.
Yanvarın 19-na keçən gecə xidmət ABŞ-da tamamilə dayandırılıb, “TikTok” “Apple”ın tətbiqlər mağazasından yoxa çıxıb. Bazar günü səhər Tramp bəyan edib ki, andiçmə mərasimi günü, yanvarın 20-də “TikTok”un ölkədə qadağan edilməsinin ertələnməsi haqqında fərman imzalayacaq.