Hollandiya polisi türkiyəli nazirdən ölkəni tərk etməsini istəyib

Hollandiya polisi türkiyəli nazirdən ölkəni tərk etməsini istəyib

Niderland polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Bingöl Sayan Kayadan ölkəni tərk etməsini istəyib.

 Bu barədə Niderland Teleradioyayım Korporasiyası (NTK) məlumat yayıb.

"Hüquq-mühafizə orqanları əməkdaşları nazirdən qısa yol ilə polis avtomobillərinin müşayiəti altında Almaniyaya geri dönməsini xahiş ediblər", - deyə telekanal qeyd edib və asayiş keşikçilərinin nazirlə türk dilində danışmalarına diqqət çəkib.

Kaya öz xalqı ilə 5 dəqiqə danışmaq istədiyini xahiş etsə də, rədd cavabı alıb və avtomobilinə oturaraq geri dönüb.(Report)

Gunaz.az
скачать dle 12.1
Geri qayıt