10 mindən çox milyonçu Böyük Britaniyanı tərk etdi

10 mindən çox milyonçu Böyük Britaniyanı tərk etdi Böyük Britaniyada Leyboristlər Partiyasının lideri Kir Starmer Baş nazir postuna gələndən bəri rekord sayda milyonçu ölkəni tərk edib.
GunAz.az xəbər verir ki, onların İngiltərədən getməsinə səbəb isə Leyboristlərin vergi planlarının iqtisadiyyata zərər vurması qorxusu olub.
Britaniya keçən il 10 mindən çox milyonçu itirib ki, bu da 2023-cü ildən 157 faiz çoxdur.
Bu o deməkdir ki, Böyük Britaniya Çin istisna olmaqla dünyanın hər hansı ölkəsindən daha çox varlı sakinlərini itirib.
Böyük Britaniyanın ən zəngin sakinləri əsasən İtaliya və İsveçrə kimi digər Avropa ölkələrinə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinə gediblər.

скачать dle 12.1
Geri qayıt