ABŞ ilə bu ölkə arasında viza rejimi ləğv edilir

ABŞ ilə bu ölkə arasında viza rejimi ləğv edilir Rumıniya vətəndaşları Səyahət İcazəsinin Elektron Sistemi platforması vasitəsilə ABŞ hakimiyyətinə gələcək səfərləri barədə məlumat verərək mart ayından etibarən ABŞ-yə vizasız daxil ola biləcəklər.
GunAz.az xəbər verir ki, bu barədə “Agerpres” agentliyinə Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu məlumat verib.
“Biz daha 2,5 ay, yəni martın 1-nə qədər gözləməliyik. Söhbət texniki sistemlərin həllindən gedir”, - XİN rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Rumıniya vətəndaşlarının ABŞ-yə daxil olması üçün vizaya ehtiyacı olmayan 43-cü ölkə olacaq.

скачать dle 12.1
Geri qayıt