Gürcüstanda matəm elan olundu

GunAz.az xəbər verir ki, bu haqda hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Buna səbəb yanvarın 5-i Abxaziyanın Qal rayonunun Saberio kəndində baş vermiş və beş uşağın ölümü ilə nəticələnən faciədir.
Məlumata görə, faciə qurbanlarının dəfn mərasimi yanvarın 9-da keçiriləcək.