Ukrayna pilotundan tarixdə - İlk

GunAz.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna HHQ-nin nümayəndəsi Yuriy İqnat açıqlayıb.
Onun sözlərinə görə, hadisə ötən il dekabrın 13-də Ukrayna ərazisinin kütləvi raket atəşinə tutulması zamanı baş verib. İqnat qeyd edib ki, pilot bir uçuşa 6 raket zərərsizləşdirib və bu, tarixdə ilk belə haldır.
Qeyd olunub ki, “F-16” pilotu hədəfləri vurmaq üçün dörd “hava-hava” sinifli raketdən və təyyarənin aviatopundan istifadə edib.