6 iranlı edam olundu - Səfir XİN-ə çağırıldı

GunAz.az Mehr-ə istinadla xəbər verir ki, onlar Səudiyyə Ərəbistanında narkotik ticarəti ittihamı ilə həbs edilmişdi.
XİN-in Konsulluq İşləri İdarəsinin baş direktoru Kərimi Şasati bu hərəkətə sərt etirazını bildirib:
“Bu adamlar bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə ölüm cəzasına məhkum edilib və bu müddət ərzində XİN onlara konsulluq xidmətlərinin göstərilməsi və cəzalarının azaldılması üçün davamlı səylər göstərib. Səfirliyə əvvəlcədən xəbərdarlıq edilmədən ölüm hökmlərinin icrası qəbuledilməz və beynəlxalq hüququn norma və qaydalarına, o cümlədən Konsulluq Münasibətləri Konvensiyasına ziddir”.