Qartal ABŞ-nin milli simvolu oldu

GunAz.az CNN-ə istinadən xəbər verir ki, Konqres bu qanun layihəsini yekdilliklə qəbul edib. Keçəl qartal ABŞ-nin rəsmi sənədlərində 1782-ci ildən sonra istifadə olunur. Mənbə bildirir ki, həmin il ABŞ Konqresi keçəl qartalı milli simvol elan etsə də, o, Birləşmiş Ştatların milli rəmzi kimi rəsmən tanınmayıb.