İran aviaşirkəti ilk dəfə qadınlardan ibarət uçuş həyata keçirib

GunAz.az xəbər verir ki, bu barədə yerli IRNA agentliyi yazıb.
Təyyarənin ölkənin şimal-şərqindəki Məşəd şəhərinə uçduğu bildirilir. Onu İranın ilk qadın pilotu Şəhrzad Şəms idarə edib. Təyyarədə 110 sərnişin olub.
Mənbənin sözlərinə görə, uçuş dekabrın 22-də, İranın bu il Analar Gününü qeyd etdiyi vaxt baş verib. Bu tarix Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhranın anadan olmasının ildönümünə təsadüf edir.