Türkiyənin bu addımı unudulmayacaq

GunAz.az xəbər verir ki, bu sözləri Suriyada yeni hökumətin lideri Əhməd əş-Şara (Əbu Məhəmməd Colani – red.) deyib.
“Biz Türkiyə və Suriyanın iqtisadi əməkdaşlığına əhəmiyyət veririk. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq”, - Şara bildirib.
O, həmçinin qeyd edib ki, Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.
“Bəşər Əsəd getdi. Burada günahsız insanlar cəzalandırılmamalıdır”.