Ermənistan yeni ordu qüvvəsi yaradır

Ermənistan yeni ordu qüvvəsi yaradır Ermənistan hökuməti milis sistemini yerli müdafiə qüvvələri ilə əvəz etməyi planlaşdırır.
GunAz.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan parlamentin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasında “Müdafiə haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsini nəzərdə tutan layihə haqda danışarkən deyib.
Layihəyə əsasən, yerli müdafiə qüvvələri ordu korpusu komandanlığına tabe olacaq və dəstək birləşmələri kimi hərbi birliklərə daxil ediləcək. Bu qüvvələrin vəzifələri, funksiyaları, idarəetmə prinsipləri və strukturu da müəyyən edilib.

скачать dle 12.1
Geri qayıt