Rusiya anbarlarında nə qədər tank var?

Rusiya anbarlarında nə qədər tank var? Rusiyada hələ də anbarlarda 2800-ə yaxın tank var ki, onların da əksəriyyəti köhnəlmiş modellərdir.
GunAz.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko bildirib.
Onun sözlərinə görə, bu gün Rusiyada qalan tankların sayına görə ən böyük mərkəzi tank ehtiyat bazaları (CBRT) aşağıdakılardır:
769 CBRT – 800-ə yaxın T-62 tankı;
349 CBRT – 800-ə yaxın T-72A və T-64 tankı;
2456 CBRT - 500-ə yaxın T-62, T-64, T-72U tankı;
1311 CBRT – 400-ə yaxın T-72B tankı;
2544 CBRT - 300-ə yaxın T-54/55 və T-62 tankı.
Kovalenko qeyd edib ki, bu tankların əksəriyyəti bərpa üçün yararsızdır.

скачать dle 12.1
Geri qayıt