Rusiyada Viber messencerinə məhdudiyyət qoyuldu

GunAz.az xəbər verir ki, bu barədə ölkənin Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti məlumat yayıb.
“Viber xidmətinə giriş Rusiya qanunvericiliyinin informasiya yayımı təşkilatçılarına olan tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb”, – deyə bildirilib.