Türkiyə bu sahədə dünyada 3-cü yerdədir

GunAz.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində büdcə müzakirələri zamanı deyib.
“Türkiyə 261 xarici nümayəndəliyi ilə dünyanın ən böyük diplomatik şəbəkəyə malik 3-cü ölkəsidir. Geniş diplomatik şəbəkəmiz bizə həmsöhbətlərimizlə fəal siyasət yürütmək və güclü təşəbbüslər göstərmək imkanı verir”, - o bildirib.