Amerika Birləşmiş Ştatları (ABŞ) İranın Suriyadan çıxmasını tələb edib. Bu ölkənin BMT-dəki daimi nümayəndəsi Nikki Heyli belə bəyənat səsləndirib. Onun sözlərinə görə, qruplaşmaların Suriyada kök salmasına yol vermək olmaz: "İran və bu ölkənin dəstəklədiyi qruplaşmalar Suriyadan çıxarılmalıdır. Suriyanın terroristlər üçün sığınacaq limanı olmasına imkan vermək olmaz. Biz müttəfiqlərimizin də təhlükəsizliyini təmin edirik. Bu halda onlar təhlükədə olmadıqlarını hiss edirlər".