Rusiya sürətə görə cərimələri artırır

GunAz.az xəbər verir ki, yeni müddəalar Dövlət Dumasının ikinci oxunuşda təsdiq etdiyi düzəlişlərdə əksini tapıb.
Belə ki, sürət həddini 20 km/saatdan çox aşan nəqliyyat vasitələri üçün cərimənin 500-dən 750 rubla, sürət həddini 40 km/saatdan çox aşan sürücülər üçün cərimənin 1000-dən 1500 rubla qaldırılması nəzərdə tutulur.
Təyin olunmuş sürət həddini 60 km/saat keçən sürücülər isə 3750 rubl (əvvəl 3000 min rubl idi) cərimələnəcək.