Afrikada naməlum virusdan 100-dən çox adam ölüb
Afrikada naməlum virusdan 140-dan çox insan həyatını itirib.GunAz.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.
Virus Konqo Demokratik Respublikasının Kvanqo əyalətinə yayılıb. Bildirilib ki, yoluxmuş şəxslərin simptomları qrip və Covid-ə bənzəyir, insanlar yüksək hərarət və şiddətli baş ağrısından şikayətlənirlər.
Xəstələrin necə müalicə olunacağını və bu infeksiyanın haradan gəldiyini öyrənmək üçün artıq əyalətə həkim qrupları göndərilib.
