Türkiyədə əhaliyə çağırış: Maska taxın!

GunAz.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, meteorologiya üzrə məsləhətçi Orxan Şən bildirib ki, şəhər və bölgələrdə yüksək təzyiqin təsiri havanın keyfiyyətini pisləşdirir:
“Havanın çirklənməsinin mənbəyi böyük şəhərlərdəki nəqliyyatdır. Bunlar səhər günəş işığı ilə parçalanır və fotokimyəvi duman adlanan çox təhlükəli hava çirkliliyi yaradır. Bu, ağciyərlərinizə və tənəffüs sisteminizə zərər verə bilər. Maska taxaq. Maska Covid-19 maskası deyil, N95 maskası olmalıdır.”
Qeyd edək ki, Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsi yayılan məlumatları təkzib edib və azot qazının pis qoxuya səbəb olacağı ilə bağlı hər hansı xəbərdarlıq etmədiyini bildirib.